
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.
Bildirilib ki, daha 3,4 min nəfər yaralanıb, 300-ə yaxın insan isə itkin düşüb.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tayland Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 olub.