Suriyada yeni nazirlər and içdi – Aralarında qadın da var


Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın “yaradılış və dəyişiklik hökuməti” adlandırdığı yeni kabinetin üzvləri Dəməşqin “Qəsr əl-Şaab” sarayında keçirilən mərasimdə and içib.
Yeniavaz.com
xəbər verir ki, canlı yayım “Al Hadath” telekanalı tərəfindən həyata keçirilib.
Hökumətə 23 texnokrat nazir daxil olub. Onların arasında bir qadın var - Hind Kabvat ölkənin sosial işlər və əmək naziri olub.
Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi və Müdafiə nazirliklərinin rəhbərləri - Əsəd Həsən əl-Şibani və Murhaf Əbu Kəsra yeni kabinetdə öz vəzifələrini qoruyublar.
Baş Kəşfiyyat Xidmətinin rəhbəri postunu tutan Ənəs Həsən Xəttab daxili işlər naziri təyin edilib. Keçid hökumətinin keçmiş rəhbəri Məhəmməd əl-Bəşir isə energetika naziri olub. Neft Nazirliyi ləğv edilərək yeni Energetika Nazirliyinin tərkibinə daxil edilib.
Mərasimdə çıxış edən əl-Şaraa Suriya xalqını “millətin və hər bir vətəndaşın maraqlarını təmin edən güclü və sabit dövlət quruculuğunun başlanacağına” əmin edib. O, bütün dövlət işlərinin şəffaf olacağını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top