
İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilir.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin sözlərinə görə, mitinqdə 2,2 milyon nəfər iştirak edir.
Meydanları dolduran aksiya iştirakçıları “Haqq, hüquq, ədalət” şüarları səsləndirir.
Mitinq bir dəqiqəlik sükut və Dövlət Himninin oxunması ilə başlayıb.
Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar.
Digər həbs olunan bələdiyyə sədrlərinin ailələri də kürsüyə çıxıblar.



