ABŞ USAID-in əməkdaşlarını sentyabrın sonuna qədər ixtisar edəcək


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Konqresdəki mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq (ölkədə maliyyə ili sentyabrın 30-da başa çatır).
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio iyulun 1-dək USAİD-in bəzi funksiyalarının Dövlət Departamentinə veriləcəyini və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyaların dayandırılacağını bildirib.
Qeyd edək ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli məbləğdə vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb.
Daha sonra Amerika administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib ki, bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verir.
Xatırladaq ki, martın 10-da əvvəllər USAİD-in müvəqqəti rəhbəri təyin edilmiş Marko Rubio altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırdığını bildirib. Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-nin maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.

DİGƏR XƏBƏRLƏR

Top