
Ermənistan sərhədçiləri Rusiya Erməniləri İttifaqının (SAR) sədri Ara Abramyanı 1,5 saatdır ki, Zvartnots hava limanında saxlayır və ölkəyə buraxmırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a İttifaqın Ermənistan işləri üzrə vitse-prezidenti və xarici işlər nazirinin keçmiş müavini Avet Adonts məlumat verib.
“Artıq saat yarımdır ki, Abrahamyan heç bir izahat verilmədən ölkəyə buraxılmır”, - o bildirib.
Adonts deyib ki, oxşar vəziyyət bir neçə ay əvvəl də baş verib, lakin daha sonra SAR sədri Ermənistana buraxılıb.
Qeyd olunur ki, Ara Abramyan Baş nazir Nikol Paşinyan və Ermənistan hakimiyyətini tənqid etməsi ilə tanınır.