Ançelotti həbs oluna bilər – KİV


“Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti aprelin 2-də vergidən yayınma işi ilə bağlı Madrid məhkəməsində hakim qarşısına çıxacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilib ki, Ançelotti 2014-2015-ci illərdə İspaniyada əlavə gəlirdən vergi ödəməyib və vergi orqanlarına 1 milyon 62 min avro borcu var.
Nəşr yazır ki, “Kral klubu”nun baş məşqçisini 4 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Ançelotti ilk dəfə 2013-2015-ci illərdə “Real Madrid”i çalışdırıb. 2021-ci ildə isə o, Madrid təmsilçisinə ikinci dəfə baş məşqçi təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top