Myanmada baş verən güclü zəlzələ ilə bağlı nə məlumdur?


Xəbər verdiyimiz kimi, Myanmada güclü zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
Bildirilir ki, ən azı 67 işçi Banqkokda çökən binanın dağıntıları altında qalıb.
Myanmada torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb .
Çin Zəlzələ Administrasiyasının məlumatına görə, zəlzələ 7,9 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 7,7 bal gücündə qiymətləndirib. Zəlzələ Mandalay şəhərindən 33 km cənub-qərbdə baş verib. Orada 1,2 milyona yaxın insan yaşayır. Mərkəzdən verilən məlumata görə, təbii fəlakətin episentri 21,85 dərəcə şimal eni və 95,95 dərəcə şərq uzunluğunda, 10 km dərinlikdə yerləşib.
Çin Zəlzələ İdarəsi bildirib ki, 12 dəqiqə sonra Myanmada 6,4 bal gücündə ikinci zəlzələ baş verib.
“Myanmar Now” xəbər verir ki, zəlzələ Myanmada İrravadi çayı üzərindəki körpünün uçmasına səbəb olub. Söhbət ölkənin ikinci böyük şəhəri olan Mandalay şəhərinin ətrafını Saqainq şəhəri ilə birləşdirən ümumi uzunluğu 1 km-dən çox olan körpüdən gedir.
Telekanalın məlumatına görə, Myanmanın Mandalay şəhərində insanlar çökən binaların dağıntıları altında qalıb. Qeyd olunub ki, tarixi Mandalay sarayı da qismən dağıdılıb.
Myanmanın mərkəzindəki Taunqo şəhərində ən azı 20 uşaq məktəb binasının dağıntıları altında qalıb.
Banqkokda çoxmərtəbəli binaların sakinləri təxliyə edilib və şəhərin metrosu fəaliyyətini dayandırıb.
Tailandın “Siam News” telekanalı xəbər verir ki, Banqkokda binanın çökməsi nəticəsində bir işçi ölüb. Bildirilir ki, hadisədən sonra daha 80 nəfər indiyədək heç kimlə əlaqə saxlamayıb.
CNN telekanalının verdiyi məlumata görə, Banqkokda binanın uçması nəticəsində azı 50 nəfər xəsarət alıb.
Myanmada dağıntılar nəticəsində azı 20 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top