İsraildə 2200 illik gizli piramida tapıldı


Arxeoloqlar Yəhudi səhrasında sirli piramida formalı tikili aşkar ediblər.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “Live Science” portalı məlumat yayıb.
Bildirilib ki, Ölü dəniz sahili boyunca Zohar vadisinin şimalında yerləşən qazıntı sahəsində 2000 ildən çox yaşı olan yaxşı qorunmuş artefaktlar üzə çıxarılıb.
“Kəşflər həyəcan verici və hətta emosionaldır. Onların arxeoloji və tarixi tədqiqatlar üçün əhəmiyyəti çox böyükdür”, - İsrailin Arxeoloji Tapıntılar İdarəsinin direktoru Eli Eskusido bildirib.
Tədqiqatçıların fikrincə, piramida hər birinin çəkisi yüzlərlə kiloqram olan əl ilə yonulmuş daşlardan tikilib. Qazıntı direktorları deyirlər ki, strukturun məqsədi hələ də məlum deyil, lakin çox güman ki, o, Ölü dənizdən sahil limanlarına qədər olan ticarət yolunu qoruyan tarixi abidə, türbə və ya gözətçi qülləsi kimi fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top