Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır


Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ diplomatılarından biri “EUobserver”ə danışıb.
O bildirib ki, proses başlayıb, lakin çox erkən mərhələdədir.
Nəşrin mənbələrindən birinin məlumatına görə, yayın əvvəlində sanksiyalarla bağlı təkliflər gözlənilir.
Qeyd edək ki, martın 27-də Fransa, Böyük Britaniya və koalisiyaya daxil olan digər ölkələr indiki zamanda Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya ləğv edilməsinin tez olduğunu bəyan ediblər.
Parisdə 30-a yaxın ölkənin nümayəndələrinin görüşündən sonra Fransa Prezidenti Emmanuel Makron bildirib ki, müttəfiqlər əksinə, Rusiya Donanmasının gəmilərinə qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını müzakirə ediblər.
Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra Kreml bildirib ki, Rusiya Qara dənizdə Rusiya istehsalçılarına, ixracatçılarına, o cümlədən qida və gübrə daşıyıcılarına qarşı sanksiyalar qaldırıldıqdan, həmçinin “Rosselxozbank” SWIFT ödəniş sisteminə qoşulduqdan sonra atəşi dayandıracaq. ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu şərtləri nəzərə alacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top