Dani Alveş bəraət aldı


İspaniya məhkəməsi daha əvvəl cinsi zorakılıq ittihamı ilə həbs cəzasına məhkum edilmiş braziliyalı futbolçu Dani Alveşin apellyasiya şikayətini təmin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsinin yaydığı məlumatda deyilir.
Məhkəmə 2022-ci ilin dekabrında Barselona şəhərindəki gecə klublardan birində gənc qadına qarşı cinsi zorakılıq cinayəti törətməkdə günahkar bilinən futbolçunun apellyasiya şikayətini yekdilliklə təmin edib. Beləliklə, məhkəmə futbolçuya bəraət qazandırıb.
Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun vəkilləri qərardan apellyasiya şikayəti verib. Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.
Sözügedən hadisə 30 dekabr 2022-ci ildə baş verib. İstintaq zamanı idmançı barəsində girov hüququ olmadan həbs qətimkan tədbiri seçilib.
41 yaşlı Alveş 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda çıxış edib. O, əvvəllər Braziliyanın “Bahia” və “San Paulo”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İspaniyanın “Sevilya” və “Barselona” klublarında çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən çox mükafat alan futbolçularından biridir.

DİGƏR XƏBƏRLƏR

Top