Azərbaycan Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib – Fotolar


Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  Azərbaycanın Suriyadakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, iftar süfrəsi Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə həyata keçirilib.
“Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb”, - məlumatda deyilir.




DİGƏR XƏBƏRLƏR

Top