Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? – Sorğu


Xəbər verdiymiz kimi, 10 gündür Türkiyənin müxtəlif şəhərlərində, xüsusilə İstanbulda şəhərin meri Əkrəm İmamoğlunun saxlanılmasına, barəsində həbs qətimkan tədbirinin seçilməsinə və bələdiyyə sədrliyi vəzifəsindən uzaqlaşdırılmasına qarşı etiraz aksiyaları keçirilir.
Yeniavaz.com
xəbər verir ki, nüfuzlu KONDA şirkəti İmamoğlunun saxlanılması, eləcə də ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün sorğu keçirib.
Sorğunun nəticələrinə görə, ictimaiyyətin aksiyalara münasibəti belədir:
21 faiz: “Aksiyaların keçirilməsi tamamilə haqlıdır”;
52 faiz: “Nizam-intizamı pozulmadığı halda aksiyaların keçirilməsi haqlıdır”;
27 faiz: “Aksiyaların keçirilməsi qanunsuzdur”.


Bu o deməkdir ki, Türkiyə ictimaiyyətinin 73 faizi ölkədə keçirilən etiraz aksiyalarını haqlı qəbul edir.
Həmçinin sorğunun nəticələrinə görə, İmamoğlunun həbs olunmasına ictimaiyyətin münasibəti belədir:
65 faiz: “Həbs qərarı yanlışdır”;
30 faiz: “Həbs qərarı doğrudur”;
5 faiz: “Heç bir fikrim yoxdur”.


Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top