
Myanmada baş verən zəlzələ nəticəsində Tailandın paytaxtı Banqkokda tikintisi davam edən hündürmərtəbəli bina uçub.
Yeniavaz.com “Khaosod” qəzetinə istinadla xəbər verir ki, ən azı 67 nəfər uçan binanın dağıntıları altında qalıb.
“Banqkokun Banqsi rayonunda tikilməkdə olan ombudsmanın binasının uçması nəticəsində 67 nəfər dağıntılar altında qalıb. Yalnız 7 nəfər qaça bilib”, - məlumatda deyilir.
“Sinxua” xəbər agentliyinin Tailand mətbuatına istinadən verdiyi məlumata görə, hazırda xilasetmə işləri aparılır.
Qeyd edək ki, Banqkokda zəlzələ ilə əlaqədar çoxmərtəbəli binaların sakinlərinə təxliyə göstərişi verilib.