Bayram namazının vaxtı açıqlandı


Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i – Ramazan bayramı, Miladi təqvimlə martın 30-na təsadüf edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin bayram təbrikində deyilir.
Bildirilib ki, fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır.
“Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilmişdir”, - təbrikdə qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top