Myanmada iki şiddətli zəlzələ baş verib – Video


Myanmada ard-arda iki şiddətli zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Zəlzələ İdarəsi məlumat yayıb.
Bildirilir ki, birinci zəlzələ 7,9 bal gücündə, 12 dəqiqə sonra baş verən ikinci zəlzələ isə 6,4 bal gücündə olub.
ABŞ Geoloji Xidməti (USGS) isə Myanmada baş verən zəlzələnin şiddətini 7,7 bal gücündə qiymətləndirib.
Yeraltı təkanlar Çin və Taylandda dahiss olunub.
Sosial şəbəkələrdə baş verən dağıntıları əks etdirən kadrlar yayılıb.
Tələfat barəsində hələ ki, məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top