Şirkət nümayəndəsi: “Çalovu fırlayanda səhvən evə dəyib” – Video


Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb və kadrlar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi Arzuman Murtuzayev “Xəzər TV”yə açıqlaması zamanı hadisənin səhvən baş verdiyini iddia edib.
O deyib ki, söküntü aparılması ilə bağlı tapşırıq şirkət tərəfindən verilməyib:
“Müqavilə bağladığımız insan, təmizlik işləri görəndə, orada kiminsə yaşadığını bilmədən, səhvən çalovu o üz-bu üzə fırlayanda dəyib”.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı, ekskavator sürücüsü və “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top