“Melissa Group”un rəhbəri saxlanıldı


“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin sakinlər evdə olduğu halda evi dağıtmasını əks etdirən kadrlar yayılıb və müzakirələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top