
2024-cü ildə 209 min əcnəbi Rusiya vətəndaşlığını qəbul edib ki, bu da son beş ildə rekord aşağı göstəricidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyini statistika yayıb.
Bildirilib ki, 2023-cü ildə 378 min nəfər Rusiya vətəndaşlığını qəbul edib; 2022-ci ildə isə 691 min.
Daxili İşlər Nazirliyi kəskin azalmanı 2022 və 2023-cü illərdə Ukraynanın ilhaq edilmiş vilayətlərinin bir çox sakinlərinin sadələşdirilmiş qaydada Rusiya pasportları alması ilə izah edib. Bununla belə, son müharibədən əvvəlki ildə daha çox əcnəbi Rusiya vətəndaşlığını alıb - 735 min nəfər.
Qeyd edilib ki, Rusiya Federasiyasından deportasiya edilən əcnəbilərin sayı, əksinə, əhəmiyyətli dərəcədə artıb - 145 mindən 190 min nəfərə.
2024-cü ildə həmvətənlərin köçürülməsi proqramı çərçivəsində Rusiya Federasiyasına köçənlərin sayı da son 14 ildə rekord dərəcədə düşüb - 31,7 min nəfər bu fürsətdən yararlanıb (2023-cü ildə 45,1 min, 2022-ci ildə - 64,8 min nəfər). Daxili İşlər Nazirliyi bunu proqramda iştirak üçün tələblərin sərtləşdirilməsi ilə əlaqələndirib: 2024-cü ildən miqrantlar rus dilini kifayət qədər səviyyədə bilmələrini təsdiqləməlidirlər.