
Sosial şəbəkələrdə Yasamal rayonu, Alatava qəsəbəsi ərazisində tikinti işi aparan şirkətin sakinlər evdə ola-ola evin bir hissəsini dağıtdığını əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntüləri Əzizə Kərimli paylaşıb.
Bildirilib ki, hadisə Yasamal rayonu, Alatava qəsəbəsi, Əbdülvahab Salamzadə küçəsi, ev 118B-də baş verib:
“Söküntü işlərini aparan “Melissa Group” şirkəti sakinlərin razılıqlarını almadan evi dağıtmağa başlayıb”.
Görüntülərdən də bəlli olur ki, sakinlər evdə olan zaman ekskavator mənzilin şüşələrini qıraraq dağıdır. Hadisə nəticəsində sakinlərdən birinin vəziyyəti pisləşib, FHN-nin xilasediciləri gəlib, sakinləri təxliyə edib.
Həmin görüntüləri təqdim edirik: