
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu da daxil olmaqla bir çox insanın həbsinə etirazlar Türkiyədə davam edir.
Yeniavaz.com sosial şəbəkələrdə yayılan görüntülərə istinadən xəbər verir ki, bəzi etirazçılar nümayişlərə yumoristik pankartlar və cizgi filmi personajlarının geyimləri ilə qatılır.
Polisin Antalyada “Pokemon” adlı cizgi filmindəki “Pikaçu” personajının kostyumunu geyinmiş fəalı təqib etməsi sosial mediada müzakirələrə səbəb olub.