“Pekin “TikTok”u satsa, rüsumları azalda bilərəm” – Tramp


Pekin “TikTok”un satışını təsdiqləsə, ABŞ Çin məhsullarına tariflər azaldıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
““TikTok” almaq üçün bir çox yol var və biz ölkəmiz üçün ən yaxşısını tapacağıq. Mən ölkəmizə hər şeydən çox əhəmiyyət verirəm. “TikTok”a gəlincə, Çin bu işdə rol oynamalıdır, bəlkə sövdələşməni təsdiqləyəcəklər, məncə bunu edəcəklər. Çini buna məcbur etmək üçün mən misal olaraq tarifləri aşağı sala bilərəm. Bilirsiniz, Çin məhsullarına tariflər siyahısındakı hər bir maddə “TikTok”dan daha çox pula başa gəlir”, - dövlət başçısı qeyd edib.
O, bir daha bəyan edib ki, ABŞ-də “TikTok” sosial şəbəkəsinin bloklanmasının gecikməsini uzada bilər.

DİGƏR XƏBƏRLƏR

Top