“Putin tezliklə öləcək, bu faktdır” – Zelenski


“Heç kim Rusiyada cəmiyyətin sabitliyinin pozulmasına təsir göstərə bilməyəcək. Onun özü (Rusiya Prezidenti Vladimir Putin - red.) buna təsir edəcək. Onun iqtisadiyyatı, sanksiyalar siyasəti təsir edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Yayım Birliyinin jurnalistlərinə müsahibəsində deyib.
Ukrayna liderinin fikrincə, Putinin bütün ərazilərinə nəzarət etməməsi və qorumaması müxtəlif qüvvələrin birləşməsinə səbəb olacaq:
“Əgər onlar (Ukraynanın partnyorları - red.) fövqəlgücləri deyil, sadəcə olaraq, real güclərini nümayiş etdirmək istəsələr. Putinə təzyiq etsələr, o, cəmiyyətdə sabitliyin pozulmasını yaşayacaq, bundan qorxacaq. Yəni Putin bundan qorxur. Bu həm də cəmiyyətin sabitliyindən asılıdır, həm də onun yaşından asılıdır. Tezliklə öləcək, bu bir faktdır və hər şey bitəcək. Yəni onun tamamilə təhlükəsiz və tarixən uğursuz həyatı başa çatana qədər hər şey bitə bilərdi. Onun qorxduğu da budur. Və tək qalmaqdan. Putini siyasi baxımdan tam təcrid etmək mümkün olmadı”.

DİGƏR XƏBƏRLƏR

Top