
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 dollar, yaxud 1,72 % artaraq 76,29 dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,88 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollardan hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.