“İrəvandan “yeraz”lara salam deyirəm” – Azərbaycanda müəllim işləyən türkiyəli gənc


Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi kimi çalışan Ogün Özdemir adlı Türkiyə vətəndaşının Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Yeniavaz.com
xəbər verir ki, Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.
Ogün Özdemir paylaşdığı videoda bildirib ki, İrəvandan bütün türk dünyasının Novruz Bayramını təbrik edir. O, qeyd edib ki, Azərbaycanın qədim torpağından azərbaycanlılara, xüsusən də "yeraz"lara (əslən Qərbi Azərbaycandan olan insanlar nəzərdə tutulur - red.) salam deyir. 
Azərbaycanda riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Ogün Özdemirin İrəvanda çəkdiyi videonu təqdim edirik.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top