
Mingəçevirdə vəfat edən bir insana eyni qəbiristanlıqda iki fərqli yerdə başdaşı qoyulub.
Yeniavaz.com “Gəncəxeber”ə istinadən xəbər verir ki, Mingəçevir kənd qəbiristanlığında mərhum Cavad Yəhya oğlu Qurbanzadəyə məxsus iki məzar mövcuddur. Maraqlısı budur ki, bu məzarlar bir-birindən təxminən 10 metr məsafədə yerləşir.
Məzarların birinin üzərindəki başdaşı 2023-cü ildə dünyasını dəyişən şəxsin ailə üzvləri tərəfindən qoyulub, digəri isə dostları tərəfindən xatirə olaraq ucaldılıb.