“Lukoyl”in xalis mənfəəti 27% azalıb


Rusiyanın aparıcı neft-qaz şirkətlərindən biri olan “Lukoyl” 2024-cü il üzrə xalis mənfəətinin 851,6 milyard rubl (9,3 milyard dollar) olduğunu açıqlayıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 26,6% azalma deməkdir və analitiklərin gözləntilərindən aşağıdır.
Bununla belə, “Lukoyl”un ümumi gəliri 8,6 trilyon rubl (94,5 milyard dollar) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8,7% artım deməkdir.
Maliyyə göstəricilərinin zəifləməsinə baxmayaraq, şirkətin səhmlərinin qiyməti sabit qalıb. Martın 25-də səhmlər cəmi 1% enərək 7 200 rubla (79 dollar) düşüb.
Ekspertlər “Lukoyl”un mənfəət azalmasını bir neçə amillə əlaqələndirir:
- Xam neft və neft məhsullarının qiymətinin ucuzlaşması
- Yanvarın 1-dən qüvvəyə minən yeni vergi dərəcələri
- Təxirə salınmış mənfəət vergisinin yenidən qiymətləndirilməsi (4,5 dəfə artaraq 85,1 milyard rubla çatıb)
- Vergi ödənişlərinin ümumi artımı (351,3 milyard rubl, yəni 29% yüksəliş)

DİGƏR XƏBƏRLƏR

Top