“Hər şey çox gözəl olacaq” şüarının müəllifi həbs edildi – Məşhurlardan etiraz


Türkiyədə 2019-cu il bələdiyyə seçkiləri zamanı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu tərəfindən səsləndirilən "Hər şey çox gözəl olacaq" şüarının müəllifi hesab edilən Berkay Gezginin həbsi sənət dünyasında etirazla qarşılanıb.
Yeniavaz.com
xəbər verir ki, Berkay Gezgin son aksiyalar zamanı saxlanılıb və məhkəmə tərəfindən “prezidenti təhqir etmək” və “polisə müqavimət göstərmək” ittihamları ilə həbs edilib. Gezginin vəkili Cəmil Çiçək müvəkkilinin son sözlərinin “Xahiş edirəm, məni unutmayın” olduğunu bildirib.
Berkay Gezginin həbsinə Türkiyənin məşhur sənət adamları da reaksiya veriblər. Tanınmış müğənni Mustafa Sandal sosial media hesabında bunları yazıb: “Hər şey gözəl olacaq” deyiminin memarı Berkay Gezgin 22 yaşlı parlaq bir gəncdir. O, həbs edildi! Son cümləsi “Xahiş edirəm, məni unutmayın” oldu. Unutmayacağıq, unutdurmayacağıq, gözəl qardaşım! Əgər gələcəyə ümid verən bir cümlə qurmaq əvəzinə, “Onsuz da hər şey güllük gülistanlıqdır” desəydi, bəlkə də həbs olunmazdı...”
Başqa bir məşhur müğənni Gülben Ergen də Berkay Gezginin həbsi ilə bağlı narahatlığını ifadə edib: “22 yaşlı Berkay Gezginin 60 saat nəzarətdə saxlanmasından sonra ədliyyəyə sövq edilməsinin səbəbini öyrəndikmi? O, nə etdi?"
Berkay Gezgin, 2019-cu il iyunun 16-da İstanbulun Beylikdüzü rayonunda Əkrəm İmamoğlunun keçirdiyi mitinqdə “Hər şey gözəl olacaq, Əkrəm abi” ifadəsi ilə tanınmış və bu şüar İmamoğlunun kampaniyasının əsas sloqanına çevrilmişdi. Onun həbsi ölkədə müzakirələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top