Millimiz bu dəfə Belarusa uduzdu


Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda Belarusa 0-2 hesabı ilə məğlub olub.
Yeniavaz.com
xəbər verir ki, görüş Masazırdakı “Bank Respublika Arena”da baş tutub.
Oyunun 59-cu dəqiqədə Pavel Zabelin Belarus millisini önə çıxarıb - 1:0. 78-ci dəqiqədə isə Nikita Demçenko Belarus millisinin ikinci qolunu vurub - 2:0.
Matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edib.
Qeyd edək ki, üç gün əvvəl milli komandamız Haiti yığmasına yoldaşlıq oyununda 0-3 hesabı ilə məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top