
“Əziz gənclər, nifrət, düşmənçilik və qəzəb deyil, əbədi qardaşlığımızı inkişaf etdirməyə ehtiyac duyduğumuz günlərdən keçirik. Səbirlə, sağlam düşüncə ilə, sağlam düşüncə və soyuqqanlılıqla hərəkət etməli olduğumuz çox həssas günlərdən keçirik. Biz təxribatlara boyun əyməyəcəyik”.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Sərgi Salonunda keçirilən “Universitet tələbələri ilə iftar proqramı”nda gənclərlə görüşündə deyib.
“Təxribatlara uymayacağıq, qəzəbə qətiyyən məğlub olmayacağıq. Sonu fəlakət olan qaranlıq yola əsla girməyəcəyik. Öz pisliklərini ört-basdır etmək üçün gənclərin arxasında gizlənən qorxaqların ucuz siyasətinə aldanmayacağıq. Haqqını yedikləri yüz minlərlə gəncin üzünə baxa bilməyən saxtakarların alçaq ssenarilərinin piyonu əsla olmayacağıq”, - Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti daha sonra əlavə edib:
“Küçələrdə terror törədənlərin, bu ölkəni ocaq yerinə çevirmək istəyənlərin gedəcəyi heç bir yeri yoxdur. Onların getdiyi yol dalana dirənir. Bir daha xatırladıram ki, gənclərimizdən oğruların, korrupsionerlərin, siyasəti qazanc vasitəsinə çevirənlərin, həmçinin terror təşkilatlarının, marjinal strukturların istifadəsinə imkan verməyəcəyik”.