
İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti 2023/2024 mövsümünün ən yaxşı italyan məşqçisi seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, keçən mövsüm Karlo Ançelotti “Real Madrid”lə İspaniya çempionluğunu qazanaraq, cəmi bir məğlubiyyətlə üzləşib.
Komanda, həmçinin finalda Almaniyanın “Borussiya Dortmund” klubunu 2-0 məğlub edərək Çempionlar Liqasının qalibi olub.
Cari mövsümdə 28 oyundan 60 xal toplayan “Real Madrid” İspaniya çempionatının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
Çempionlar Liqasında İngiltərənin “Arsenal” klubu ilə qarşılaşmağa hazırlaşan klub turnirin 1/4 finalına yüksəlib.
İspaniya kubokunda isə Ançelottinin yetirmələri ilk yarımfinal oyununda “Real Sosyedad”a 1:0 hesabı ilə qalib gəlib.