
İran Ermənistan və Azərbaycanı razılaşdırılmış sülh müqaviləsini mümkün qədər tez imzalamağa çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
“İran Ermənistan və Azərbaycanı tez bir zamanda razılaşdırılmış sülh müqaviləsini imzalamağa çağırır və sülh və sabitliyə töhfə verməyə hazırdır. Bütün regional problemlər diplomatiya yolu ilə həll edilməlidir”, - o, qeyd edib.