Ronaldo Ginnesin Rekordlar Kitabına düşdü


Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldo UEFA Millətlər Liqasının 1/4 finalının cavab oyununda Danimarka millisi ilə oyundan əvvəl (5:2) milli komandalar səviyyəsində keçirilən oyunlarda qazanılan qələbələrin sayına görə Ginnesin Rekordlar Kitabından sertifikat alıb.
Yeniavaz.com
xəbər verir ki, Ronaldo Portuqaliya millisi ilə 132 matçda qalib gələrək, bu göstəricidə Monterreyin ispan müdafiəçisi Serxio Ramosu keçərək, dünya rekordu vurub.
Qeyd edək ki, UEFA Millətlər Liqasının 1/2 finalında Portuqaliya millisi Almaniya ilə qarşılaşacaq.
Qarşılaşma iyunun 4 və ya 5-də baş tutacaq.
Xatırladaq ki, İspaniya millisi UEFA Millətlər Liqasının hazırkı qalibidir. O, sonuncu turnirin finalında Xorvatiyaya qalib gəlib (0:0, 5:4 penalti).

DİGƏR XƏBƏRLƏR

Top