Elman Paşayevin işi üzrə istintaq başa çatdı


Rusiya İstintaq Komitəsi keçmiş vəkil Elman Paşayevin işi üzrə istintaqı başa çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi komitənin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə dələduzluq və külli miqdarda dələduzluq cəhdi) üzrə cinayətlər törətməkdə ittiham olunur”, - məlumatda qeyd edilib.
Müstəntiqlər müəyyən ediblər ki, Paşayev bloger Yelena Blinovskayanın ərini külli miqdarda pul mükafatına görə onu və həyat yoldaşını əvvəllər açılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edəcəyinə inandırıb. Nəticədə o, dələduzluq yolu ilə Blinovskidən 47 milyon rubldan çox (təqribən 944 min manat) pul alıb.
Həmçinin, 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər Paşayev oxşar üsulla Aleksey Zaxarovadan 15 milyon rubldan çox pul almağa cəhd edib, lakin hüquq-mühafizə orqanları bunun qarşısını alıb.
Məhkəmə E.Paşayevin barəsində həbs qətimkan tədbiri seçib, əmlakı üzrinə həbs qoyub.

DİGƏR XƏBƏRLƏR

Top