
Aleksandr Lukaşenko yeddinci dəfə Belarus prezidenti vəzifəsinin icrasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Məlumata görə, inauqurasiya mərasimi Minskdəki Müstəqillik Sarayının Mərasimlər zalında baş tutub.
Mərasimdə ölkənin yüksək səviyyəli rəsmiləri, habelə andiçmə mərasiminə dəvət olunmuş çoxsaylı qonaqlar iştirak edib.
BELTA xəbər verir ki, Lukaşenko sağ əlini konstitusiyanın üzərinə qoyaraq, belarus dilində and içib.
Bundan sonra dövlət başçısı andiçmə aktını imzalayıb.
Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko Lukaşenkoya prezident şəhadətnaməsi təqdim edib.