Ərdoğan və ailəsini təhqir edən 41 nəfər saxlanıldı


Ötən gün İstanbulda Saraçhanedə keçirilən nümayişlərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və ailəsini təhqir etməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu istintaq başladıb.
Prokurorluq Ərdoğan və ailəsini təhqir edən şübhəlilər barəsində “Prezidenti təhqir etmək”, “Yığıncaq və nümayişlər haqqında qanunu pozmaq”, “Vəzifə başında olan məmura müqavimət göstərmək” maddələri ilə həbs qətimkan tədbiri seçib.
Əməliyyatı İstanbul Polis İdarəsi həyata keçirib.
Digər tərəfdən, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də Prezident Ərdoğan və ailəsinin ünvanına təhqiramiz ifadələrə münasibət bildirib.
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm”, - deyə partiya sədri qeyd edib.
“Biz siyasətimizi də, etirazımızı da təmiz bir dillə həyata keçiririk. Bir siyasətçinin ailəsinə pis söz deyən, təhqir edən bizdın deyil”, - deyə Özgür Özel əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top