BMT TŞ Ukrayna üçün bu tarixdə toplanacaq


BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası martın 26-da keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mart ayında Təhlükəsizlik Şurasının (TŞ) sədri vəzifəsini icra edən Danimarkanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurasının iclası martın 26-na təyin edilib. Bu, digərlərinin dəstəyi ilə Təhlükəsizlik Şurasının bir sıra üzvləri tərəfindən tələb olunub”, - Danimarka diplomatik missiyası bildirib.
Qeyd edək ki, fevralın 24-də BMT Baş Assambleyası 93 ölkə tərəfindən dəstəklənən Ukrayna ilə bağlı qətnamə qəbul edib. 18 dövlət sənədin əleyhinə səs verib, 65 dövlət isə bitərəf qalıb. ABŞ qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edərək, özünün neytral sənədini təklif edib.
Daha sonra BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukraynadakı münaqişəyə son qoymağa çağırdığı “Sülhə gedən yol” qətnaməsini təsdiqləyib. Bu qətnamə Rusiya, ABŞ və Çin tərəfindən dəstəklənib.

DİGƏR XƏBƏRLƏR

Top