“Apple” kamera və süni intellektə malik ağıllı saat hazırlayır


“Apple” daxili kameralara malik və süni intellekti (AI) dəstəkləyəcək yenilənmiş “Apple Watch” modelləri üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Mark Qurman məlumat yayıb.
Bildirilib ki, texnologiya nəhəngi obyektləri tanımaq və ətraf mühiti təhlil etmək üçün kameradan istifadə edəcək:
“Bu da saata istifadəçinin ətrafını “görməsinə” və süni intellekt vasitəsilə daha dəqiq məlumat almasına imkan yaradacaq. Bu funksiya hələ geniş yayılmayıb, çünki o, yalnız iPhone 16-da mövcuddur”, – Qurman qeyd edib.
İnsayderlərə görə, kameralar iki fərqli “Apple Watch” modelində tətbiq olunacaq. “Series” modellərində kamera “iPhone”un ön kamerası kimi ekrana quraşdırılacaq. “Ultra” modellərində isə kamera cihazın yan panelində yerləşəcək.
Yeni “Apple Watch” modellərinin dəqiq buraxılış tarixləri hələ də məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top