Ankara bələdiyyəsində də araşdırma aparılır


Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) təşkilatçılığı ilə keçirilən 33 konsertlə bağlı araşdırma aparılmasına icazə verilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma konsertlərin təşkili zamanı xərclənən vəsaitlərlə bağlı aparılacaq.
Bələdiyyənin 9 əməkdaşı barəsində də araşdırma aparıldığı qeyd olunub.
“Qeyd etmək istəyirik ki, barəsində araşdırma aparılan konsertlər daha əvvəl Hesablama Palatası və Daxili İşlər Nazirliyi tərəfindən yoxlanılıb və heç bir mənfi hal aşkar edilməyib.
Qərarın predmeti olan və istintaqı davam edən 9 bələdiyyə işçisi qanuni hüquqlarından istifadə edərək aidiyyəti məhkəmə orqanına müraciət edəcəklər”, - ABB-nin yaydığı açıqlamada deyilir.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o və bələdiyyənin daha 100-ə yaxın əməkdaşı saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da Ə. İmamoğlu kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) əsas fiqurlarından hesab olunur.
Onu da qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top