
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Müşavirliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Müşavirliyinin sosial medya hesablarında məlumat dərc olunub.
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə qeyd olunub.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda tələbələr də aktiv iştirak edir.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.