
Türkiyədə bir neçə universitetdə tələbələr tətil elan ediblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, tələblərin bu qərarına səbəb son günlər ölkədə baş verən proseslər, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunun ləğv olunması və barəsində həbs qərarının verilməsidir.
Tələbələri tətil elan edən ali təhsil müəssisələri aşağıdakılardır:
ODTÜ;
Ankara Universiteti;
Bilkent Universiteti;
Ankara İldırım Bəyazid Universiteti;
İstanbul Universiteti;
Memar Sinan İncəsənət Universiteti;
Boğaziçi Universiteti;
Qalatasaray Universiteti;
Yıldız Teknik Universiteti;
İstanbul Teknik Universiteti;
Marmara Universiteti;
Yeditepe Universiteti;
Kadir Has Universiteti;
Başkent Universiteti;
Bursa Uludağ Universiteti;
Bahçeşehir Universiteti;
Ege Universiteti;
Dokuz Eylül Universiteti.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda tələbələr də aktiv iştirak edir.