
“Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Avropa İttifaqının mülki missiyası ilə əməkdaşlığa hazırlaşır, ona görə də müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən geri çəkilməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan brifinqdə deyib.
“Biz Aİ ilə yeni müşahidəçi mandatını müzakirə edə bilərik və əməkdaşlıq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Biz avropalı müşahidəçilərlə işi davam etdirmək üçün düzgün modeli tapa bilərik”, - nazir müavini bildirib
Ovannisyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya ilə əməkdaşlığa hazırdır.
Xatırladaq ki, martın 13-də tərəflər sülh sazişinin mətninin razılaşdırılması və danışıqlar prosesinin başa çatması barədə məlumat yayıblar. Hələlik sənədin razılaşdırılmış variantı dərc edilməyib.