Boks üzrə əfsanəvi dünya çempionu vəfat etdi


Boks üzrə Olimpiya çempionu və Mütləq Dünya Çempionu Corc Forman 76 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TMZ portalı ailəyə istinadən məlumat yayıb.
Əfsanəvi boksçunun martın 21-də yaxınlarının əhatəsində dünyasını dəyişdiyi bildirilir. Ölümün səbəbi dəqiqləşdirilmir.
Ailə onun rinqdən kənarda əldə etdiyi şəxsi nailiyyətləri də vurğulayıb:
“İnamlı  təbliğatçı, sədaqətli həyat yoldaşı, mehriban ata və məğrur baba olan o, sarsılmaz inam, təvazökarlıq və qətiyyətlə seçilən bir ömür yaşayıb”.
Qeyd edək ki, 30 oktyabr 1974-cü ildə Corc Forman boksçu Məhəmməd Əli ilə döyüşüb. Bu döyüş daha çox “Cəngəllikdə gurultu” kimi tanınır, çünki titul uğrunda döyüşlər tarixində ilk dəfə Afrika qitəsində, Zairdə (indiki Konqo Demokratik Respublikası) keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top