
“Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan son söhbət iki dövlət başçısı arasında ən uzun danışıqlardan biri idi”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov VGTRK jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən deyib.
“Telefon danışıqları adətən əlaqə ilə başlayır: səsi yoxlayırlar, tərcüməçinin səsini yoxlayırlar. Çünki prezidentlərin sözləri hər iki istiqamətdə tərcümə olunur. Ümumiyyətlə, tərcümə də daxil olmaqla vaxtı nəzərə alsaq, söhbət təxminən iki saat çəkib. Həqiqətən də, müddət baxımından bu, yəqin ki, iki dövlət başçısı arasında ən uzun danışıqlardan biri idi”, - Peskov deyib.