
“Athena” qrupunun solisti Gökhan Özoğuz İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Özoğuz sosial media hesabında etdiyi paylaşımda qanunun aliliyinə vurğu edib:
“Həyatımız boyu yalanın yox, həqiqətin yanında olmuşuq. Qərəzliliyindən asılı olmayaraq, saf duyğularımızdan, səmimiyyətimizdən istifadə etmək istəyənləri görmüşük, amma nə olursa olsun həmişə haqqa, qanuna, ədalətə söykənmişik.
Biz Mustafa Kamal Atatürkün yolunu gedən türk övladlarıyıq. Ay ulduzlu bayrağımızı, gənclərə müraciətimizi qəlbimizə həkk etdik.
İçində olduğumuz bu çətin dövrün tezliklə “ədalət günəşi” ilə işıqlanması ümidi ilə...”
Özoğuzun bu paylaşımı qısa zamanda sosial mediada geniş əks-səda doğurub.
Xatırladaq ki, daha öncə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu maliyyə cinayətlərinə görə həbs edilib. İmamoğlunun aparıldığı məhkəmə binasının qarşısına gecədən xeyli vətəndaş toplaşıb.