
Martın 23-nə keçən gecə Rusiya hərbçiləri pilotsuz təyyarələrlə Kiyevə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb.
Hücum nəticəsində biri beş yaşlı qız olmaqla üç nəfər həlak olub. Daha on nəfər yaralanıb.
Dneprovski və Podolski rayonlarında pilotsuz uçuş aparatlarının hissələri çoxmərtəbəli binalara dəyib, yuxarı mərtəbələrdə yanğınlara səbəb olub. Qoloseyevski rayonunda ofis və anbar binası da yanıb, Şevçenkivski rayonunda isə dağıntılar dağılaraq altı avtomobilə ziyan dəyib.
Kiyevdə hava hücumu həyəcanı gecə beş saatdan çox davam edib.
Rusiya hərbçiləri həmçinin Kiyev vilayətinə pilotsuz təyyarələrlə hücum edib, Buça rayonunda iki nəfər yaralanıb.