
“Özel bəy (CHP sədri Özgür Özel), nədən qorxursunuz? Niyə çəkinirsiniz?”
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf (AKP) Partiyasının İstanbul Təşkilatının iftar proqramında çıxış edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinə səslənərkən deyib:
“Bu tələskənlik, bu panika, bu aqressiya niyə? Dünənə qədər deyirdiniz ki, heç bir şübhə yoxdur. Dünənə qədər şəffaflıqdan, dürüstlükdən danışırdınız. Nə oldu ki, birdən alovlandınız? Dizlərinizin titrəməsinə səbəb nə oldu? İndi kimi kürəyindən vuracaqsınız?”
Xatırladaq ki, 19 mart səhər saatlarında İBB sədri Əkrəm İmamoğlu saxlanılıb və onun evində axtarış aparılıb.
18 martda isə İstanbul Universiteti Ə. İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar verib.
Qeyd edək ki, İmamoğlu martın 23-də Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidenliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə hazırlaşırdı. O, CHP-nin prezidentliyə ən böyük namizədi hesab olunur.