
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
AFFA İntizam Komitəsi “Sheki City” komandasının 300 manat cərimə edilməsi haqqında da qərar qəbul edib.