
Ötən il Azərbaycana İraqdan fiziki şəxslər tərəfindən 7 milyon 541 min dollar pul köçürülüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə İraqdan Azərbaycana köçürülən pulların miqdarı 2,6 dəfə və ya 11 milyon 922 min dollar azalıb.
Qeyd edək ki, Azərbaycana ən çox pul köçürülən ölkələrin sıralamasında İraq 2023-cü ildə 9-cu sırada olduğu halda ötən il 17-ci sıraya geriləyib.
Elnur Əli