Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb


Ötən il Fransa Azərbaycan iqtisadiyyatına 121 milyon 910 min dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiya əvvəlki illə müqayisədə 25 dəfə artıb.
Qeyd edək ki, Fransa Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin sıralamasında 11-ci sırada yer alıb.
Məlumat üçün onu da bildirək ki, ötən il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 7 miyard 46 milyon 217 min dollar olub. Birbaşa xarici investisiyalar 2023-cü illə müqayisədə 388 milyon dollar artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top