
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ruanda-Nigeriyaya oyunundan sonra Ruanda millisinin və “Zirə” futbol klubunun müdafiəçisi Ange Mutsinzi Nigeriyaya millisinin və “Qalatasaray”ın hücumçusu Viktor Oşimenlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Premyer Liqasında oynayan Ange Mutsinzi Viktor Oşimenə “Zirə” futbol klubunun formasını hədiyyə edib.
Qeyd edək ki, Ruanda-Nigeriyaya oyunu 0:2 hesabı ilə başa çatıb.